AXCP Zaqatala şöbəsinin məclisi keçirilib (FOTO)

Partiya sıralarına 42 yeni üzv qəbul olunub

Noyabrın 4-də AXCP Zaqatala rayon şöbəsinin məclisi keçirilib. Məclisdə təşkilatı məsələlərə baxılıb və rayon şöbəsinin sədrinə etimad məsələsi mühakirəyə qoyulub. Səsvermə nəticəsində AXCP Zaqatala rayon şöbəsinin sədri Hikmət Məmmədova etimadsızlıq göstərilib. Partiyanın nizamnaməsinə uyğun olaraq, rayon şöbəsinin konfransınının keçirilməsi üçün 7 nəfərdən ibarət təşkilat komitəsi yaranıb və Mustafa Ağayev təşkilat komitəsinin sədri seçilib. Eyni zamanda həmin günü AXCP Zaqatala rayon şöbəsinə 42 nəfər yeni üzv qəbul olunub. Məclisin iclasında AXCP sədrinin müavini Asəf Quliyev və partiya fəalı Zərifə Məhəddinova iştirak edib.

Fizzə