İraqın keçmiş vitse-prezidentinə 3-cü ölüm hökmü kəsilib

Bağdad məhkəməsi bu gün mühacirətdə olan Tarik al Hashemini 2011-ci ildə şiələrə qarşı terror aktı cəhdində təqsirli bilib.  Məhkəmə həmçinin eyni ittihamla onun kürəkəni Ahmad Kakhtana ölüm hökmü kəsib. Tarik al Hashemi bundan əvvəl cinayətkar qrupları dəstəkləmə və yüksək rütbəli məmurların qətlinə cəhd ittihamı ilə 2 dəfə ölüm hökmünə məhkum edilib. İttihamları rədd edən Hashemi məsələnin siyasi motivli olduğunu deyir. Sünniləri təmsil edən keçmiş vitse-prezident indiki baş nazir, şiə lideri Nuri al Malikini dəfələrlə tənqid edib.