Küveyt müxalifəti bu gün ölkədə seçki qanunvericiliyinə edilmiş düzəlişlərə etiraz olaraq kütləvi aksiya keçirməyi planlaşdırır
Hakimiyyət polisə aksiyanın dağıdılmasını göstəriş verib. Oktyabrın 21-də keçirilmiş etiraz aksiyasında baş vermiş toqquşmada 11 polis də daxil olmaqla onlarla adam yaralandı. Artıq 6 ildir ki, ölkədə siyasi böhran yaşanır. Oktyabrın 7-də parlament yenidən buraxılıb. Dekabrın 1-də ölkədə vaxtındanəvvəl seçki keçirilməlidir. Əsasən islamçılardan ibarət olan müxalifət hesab edir ki, seçki haqqında qanuna edilmiş son düzəliş hakimiyyətə üstünlük verir.
Küveyt müxalifəti etiraz edir
•


