Hakerlər Rusiyaya müharibə elan etdi

GhostShell haker qrupu Rusiyaya kibermüharibə elan etdiyini bəyan edib  
Hakerlər bəyan edib ki, öz hərəkətlərini korrupsiyaya bulaşmış Rusiya hökumət qarşı yönəldiblər. İlkin zərbə kimi hakerlər pastebin.com saytında 2,5 mln akkaun və dövlət idarələrinin müxtəlif məlumatlarını yerlədiriblər. Onlar bu addımlarını Rusiyada “uzun müddətdir dövlət tiraniyasıın” hökm sürməsi, ölkənin korrupsiyadan əziyyət çəkməsi ilə izah edib. Hakerlərin sözlərinə görə, rusiyallar ağır dövrlərini yaşayır, bir çox insan aclıqdan əziyyət çəkir. Ancaq hökümət cəsusları maliyyələşdirmək üçün pul tapır. Bu ilin iyun ayında GhostShell Çinə kibermüharibə elan etmişdi. Qrupun sonuncu səs-küykü addımı isə dünyanın aparıcı universitetlərinin saytlarına etdiyi hücum olub.