Nyu-Yorkda benzin pulsuz paylanır

Məqsəd bu yolla yanacaq doldurma məntəqələrində yaranan uzun növbələrin qarşısının almaqdır
Nyu-Cersi ştatının qubernatoru Kris Kristi şənbə günündən etibarən ştat əhalisinin limitlə benzin almasına dair sərəncam verib. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, sərəncama əsasən. Sakinlər avtomobilləri üçün yanacağı günaşırı alacaq. Qubernatorun qənaətincə, yanacağa tətbiq edilən bu qayda yanacaqdoldurma məntəqələri qarşısında yaranan uzun növbələri aradan qalcaxacaq. Oxşar problemlə Nyu-yorkda da üzələşilir. Ona görə də ştatın qubernatoru Endrü Kuomo müdafiə büdəcəsi hesabına benzin sakinlərə pulsuz veriləcəyinə dair sərəncam imzalayıb. Hərbi yanacaq dolduran maşınları Manxetten istisna olunmaqla Nyu-Yorkun bütün küçələrində hərəkət edir. Hər nəqliyyat vasitəsi üçün 4,55 litr pulsuz benzin verilir.