Özbəkistan prezidentinin qızının Moskvadakı 10 milyonluq evinə həbs qoyulub
Moskvada Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın evinə həbs qoyulub. O, Moskvanın mərkəzindəki “Kamelot” yaşayış kompleksindəki evi 2003-cü ildə alıb. Mənzilin o vaxtı qiyməti 1,5-2 milyon dollar olub. Mənzilin sahəsi 420 kv.metrdir. Evin indiki qiyməti təxminən 10,1 milyon dollardır.
“Cnews” agentliyinin məlumatına görə, Gülnarə Kərimovanın əmlakına həbs qoyulması Rusiyanın MTS mobil-operator şirkətinin Özbəkistandakı törəmə müəssisəsi ətrafında baş verənlərlə əlaqədar ola bilər. Özbəkistan hökuməti müəssisənin top-menecerlərini vergi ödəməkdən imtinada ittiham ediblər. Şirkətin dörd əməkdaşı həsb edilib, rabitə şirkətinin əmlakı dövlətə verilib, lisenziyası ləğv olunub.


