sevinc babayeva

Gülər Əhmədovanın rəfiqəsi Azərbaycanı necə tərk edib?

sevinc babayevaSevinc Babayevanın ölkədən çıxması hakimiyyətin rüşvət qalmaqalını ört-basdır etmək niyyətindən xəbər verir

Gülər Əhmədova ilə bağlı rüşvət olayında vasitəçi olan Sevinc Babayeva Azərbaycanı tərk etməsi barədə xəbərlər təsdiqlənir. Xatırladaq ki, bu barədə ilk olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin vəkili Adil Ismayılov “Azadlıq”a müsahibəsində bildirmişdi. Vəkil vurğulamışdı ki, Sevinc Babayeva video yayılandan bir qədər sonra ölkəni tərk edib.
Apardığımız araşdırmalar zamanı bu fakt təsdiqini tapıb. Bəlli olub ki, həqiqətən də Sevinc Babayeva hazırda Azərbaycanda yoxdur. Sevinc Babayeva direktoru olduğu Sabir adına kitabxanada işə çıxmadığı barədə xəbərlər yayılanda artıq Azərbaycanda yox imiş. Onun hansı yolla ölkəni tərk etməsi bəlli olmasa da, bu işdə hüquq-mühafizə orqanlarının rolunun olması danılmazdır. Əks-təqdirdə o, heç bir yolla ölkəni tərk edə bilməzdi. Maraqlıdır ki, Respublika Prokurorluğu da bu məsələ ilə bağlı heç bir açıqlama vermək istəmir. “Azadlıq”ın əməkdaşı bu məsələ ilə əlaqədar qurumun mətbuat xidmətilə əlaqə saxlasa da, heç bir cavab ala bilməyib.
Sevinc Babayevanın ölkədən çıxması “Gülər Əhmədova olayı” ilə bağlı başlanan cinayət işinin gözdən pərdə asmaq məqsədi daşıdığını bir daha ortaya qoyur. Görünür, hakimiyyət hər vəchlə bu məsələni ört-basdır etməyə çalışır. Bunun səbəbi isə Gülər Əhmədovanın da nələrisə danışa biləcəyi qorxusu ola bilər.

Azad