
Dövlət Təhlükəsizlik Xidməti Ağstafanın icra başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun həbsilə bağlı geniş məlumat və video görüntülər yayıb. Məlumatda adları çəkilən dövlət məmurlarının çox sayda korrupsiya əməllərinə yol verdikləri, rüşvət aldıqları təfərrüatı ilə ifadə olunur. Video görüntülərdə isə müxtəlif şəxslərin, o cümlədən həbs olunanların özlərinin bu əməlləri təsdiqləyən ifadələri, ən maraqlısı isə Nizaməddin Quliyevin öz iş otağında müavini Ramiz Tatarovla rüşvət hesabatı apardığını göstərən gizli çəkilişlər yer alır.
Təzəxan