ANS-in prezidenti Vahid Naxış təzəlikcə kinematoqrafçılığa başlayıb. Ard-arda filmlər çəkir.
Çəkdiyi hər filmi də az qala, “dünya kinosunun şedevri” kimi qələmə verirlər, yaxşı ki, yazıq Tarantinonun bütün bunlardan xəbəri yoxdur, yoxsa çoxdan bağrı çatlamışdı.
Vahid müəllimin sonuncu – “Xoca” filmini (buna film deyəndə ehtiyatlı olmaq lazımdır, adamın hər an ağzı əyilə bilər) ssenarist Eldəniz Quliyev tənqid edib, Mirşahin də şefinin müdafiəsinə qalxıb, ona çox ağır cavab verib. Mənim Eldəniz müəllimin dünyagörüşünə münasibətim müsbət deyil, amma bu mövzuda onu dəstəkləyirəm.
Bəli, ola bilər kimsə Vahid Naxışla zarafat edib, ona yaxşı rejissor ola biləcəyini deyib, Vahid müəllim də bu zarafatı ciddiyə alıb.
Ona görə də indi həmin zarafatın müəllifini tapmaq və yaxasından tutmaq lazımdır ki, bu nə işdi camaatı salmısan?
Qoy camaatı bu işə necə salıbsa, zəhmət çəkib eləcə də çıxarsın.
Bir yazı qətlinə bu cür münasibətin adı nədir?
Məni və Seymur Baycanı qəsd edərək yazdığı həcvdən sonra Anar mövzusunu özüm üçün qapatdığımı söyləmişdim. O həcvlə Anar əsl mahiyyətini ortaya qoymuşdu.
Bu, xalqsız xalq yazıçısının məğlubiyyəti idi. On illik bir dartışma bizim xeyrimizə başa çatmışdı.
Artıq Anar mövzusunun dalına daş qoymaq zamanı idi. Mən də belə etdim.
Amma onun srağagün Rafiq Tağının qətlinə münasiət bildirərkən dediklərini təpkisiz qoymaq da olmaz. Həm də bu heç Anar mövzusu da deyil.
Bu, 37-ci il repressiyalarından – “qırmızı terror”dan mayalanan, onun belindən gələn bir təşkilatın günümüzdə də öz yaranış səbəblərinə, ilkinliyinə bağlılığının görsənişi kimi diqqət çəkir. Əli onlarla dəyərli yazıçı və şairin qanına bulaşmış, onların edamında rol oynamış bir təşkilatın bugünkü rəhbərindən Rafiq Tağının qətlinə başqa necə münasibət gözləmək olardı ki?!
Bir yazıçı öldürülüb. Və Anar bu qətli lənətləmək, qətlin sifarişçilərinin və icraçılarının tapılmasını inadla, yüksək səslə tələb etmək yerinə o qətlə münasibətini soruşan media işçilərinə uzun-uzadı Rafiq Tağının səhvlərini anladır.
Onun ayrı-ayrı klassiklərlə bağlı polemika yaradan fikirlərini xatırladır.
Və arada da ötəri şəkildə qətli pisləyir.
Sonra yenə də Rafiq bəyin səhv yolda olduğunu isbatlamaq üçün cəhdlərini davam etdirir.
Ayıbdır desəm, çox yumşaq səslənər.
Rəzalətdir desəm, yenə çox yüngül olar.
Ağır nələrsə yazmaq da istəmirəm. Sadəcə, təəccülənmədiyimi söyləməklə kifayətlənirəm: bəli, təəccülənmirəm, çünki Cavidlərin, Müşfiqlərin qanı üzərindən adlayıb günümüzə gələn bir təşkilatın rəhbərinin qətli bir kənara qoyub…
Qatili bir kənara qoyub…
Bir söz adamına bıçaq vurulmasını…
Bir söz adamının fikirlərinə görə qanına qəltan edilməsini bir qırağa qoyub, az qala “niyə elə şeylər yazırdı ki, axırda da onu öldürsünlər” deyərcəsinə o söz adamının təftişi ilə məşğul olmasına təəccüblənməyin özü təəccüblü olardı.
Yeri gəlmişkən:
Dünən Rafiq Tağının xanımının fəryad edərmişcəsinə verdiyi açıqlamanı oxudum, deyir: “Oktyabrın 16-da mən və qaynım Ilqar Tağıyev daxili işlər nazirinin müavini Vilayət Eyvazovun qəbulunda olduq. Dedi ki, cinayətkar heç bir iz buraxmayıb. Bu sözdən sonra dövlətə inamım necə itməsin? Dövlət bir cinayətkarın əlində aciz qalarmı? Amma öldü var, döndü yoxdur, Rafiqin qatili tapılmayınca əl çəkməyəcəm”.
Açıqcası, Rafiq bəyin qətli ilə bağlı başından bəri çoxluqdan fərqli qənaətdə olmuşam. Mən bu terrorun yazıçının dini baxışları ilə bağlılığına ən az ehtimal verənlərdənəm.
Zaman keçdikcə bu qənaətin çoxlarında da yaranacağına əsla və əsla şübhəm yoxdur.
Bu hansısa sıradan əmmaməlinin, yoldan ötən bir mollanın törətdiyi qətl olsa, çoxdan açılmışdı.
Bizim ölkədə isə məhz qələm adamlarına qarşı, tənqidçilərə qarşı cinayətlərin üstünə qalın bir sirr pərdəsi çəkmək kimi bir təcrübə var, səbəbini də hamımız gün kimi aydın bilirik.
Indi isə o təcrübəni Rafiq Tağının qətli ilə bağlı da yaşayırıq.
Bəs niyəsini nədən düşünmürük?
Üstündən bunca zaman keçəndən sonra da o qətli törədən(lər)in kimliyinə zərrəcə aydınlıq gətirilməməsi, Rafiq Tağıya qarşı terrorun da Elmar Hüseynovun qətli kimi açılmadan arxivləşdirilmək üzrə olması doğrudanmı, heç kimə heç nə demir?

O zarafatı Vahid Naxışla kim edibsə…
•
•