Keçmiş deputatlar arasında “jurnalist razborkası”

Gülər Əhmədovanın işçisi döyüldüyünü dedi, Nazim Məmmədov onu rüşvət istəməkdə suçladı

Keçmiş deputat Gülər Əhmədovanın rəhbərlik etdiyi “Mərkəz” qəzetinin əməkdaşı Coşqun Əliyev (Calaloğlu) Nizami rayonunda, köhnə 4 saylı Taksi dayanacağının rəhbəri Emin Abbasovun təzyiqinə məruz qaldığını bildirib. O, hadisənin ötən gün saat 12 radələrdində rayonun K.Balakişiyev 24 ünvanında küknar ağaclarının kəsilməsi ilə bağlı araşdırma apararkən baş verdiyini deyib.
C.Əliyev başına gələnləri “Modern.az”a belə nəql edib: “Ötən gün K.Balakişiyev küçəsində küknar ağaclarının kəsilməsi xəbərin aldım. Xəbərin nə dərəcədə doğru olub, olmadığını aydınlaşdırmaq üçün əraziyə baş çəkmək qərarına gəldim. Ərazinin nəızarətçisinə rəhbərlikdən müsahibə almaq istədiyimi dedim. O, müdirə müraciət edəcəyini dedi. Bir neçə dəqiqədən sonra özünü müdir kimi təqdim edən Emin Abbasov müsahibə verməyə razılaşdı. Daha sonra məni müdirin iş otağına dəvət etdilər. Otaqda müdirlə bərabər digər şəxslərdə var idi. Sonradan ərazidə çalşıdıqların bildirdilər. Müsahibə əsnasında Abbasov əsəbləşdi və üstümə qəzəbləndi. Bununla yanaşı, susmağımı tələb etdi. Mən etiraz etdim və kiminsə məni susdura bilməyəcəyini dedim. Emin Abbasov bu ifadələrimdən sonra daha bir işcisini otağa çağırdı. Bu zaman artıq pisixaloji gərginlik keçirirdim. Çünki onlar çox idilər. Sonra məndən ərazidə kəsilən ağacların yerini göstərməyimi tələb etdilər. Dəhliz boyu hərəkət edərkən təhqiramiz ifadələri eşitməli oldum. Keçmiş Taksi dayanacağının rəhbərinin qəzəbi bununla da soyumadı. Dəhlizdə hərəkət edərkən kürəyimə zərbə endirdi. Müvazinətimi itirərək dəhlizin divarına söykəndim. Dana sonra, ətrafda olan işcilər Abbasovu öz iş otağına apardılar. İşçilər isə müdirin əsəbi və psixoloji problemləri olduğunu deyərək ərazini təcili tərk etməyimi istədilər. “Müdirimiz çox əsəbidi, xahiş edirik ərazini tərk edin” dedilər.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühavizə orqanlarına müraciət edəcəm”.

Coşqun Əliyev

Başqa bir keçmiş millət vəkili Nazim Məmmədov isə “Facebook” səhifəsində olayla bağlı fərqli məlumat yayıb. Onun iddiasına görə, “Mərkəz”in əməkdaşı Taksi dayanacağının rəhbərindən rüşvət istəyib: “Dünən “Mərkəz»in bir jurnalisti mənim dostum Emin Abbasovun obyektinə gedib, əvvəlcə Ekologiya Nazirliyinin əməkdaşı kimi özünü təqdim edib. Vəsiqəsini soruşublar, jurnalist düzünü deməyə məcbur olub. Pul istəyib ki, yazmayacam, 20 manat vermək istəyiblər. Jurnalistin iştahı böyük olduğundan “razılaşma” alınmayıb. Sonu isə məlumdur, “guya jurnalist döyülüb”. Bunun adı nədir?».
Keçmiş deputatın iddiasına cavab olaraq C.Əliyev “Qafqazinfo”ya bildirib ki, bunlar yalan və böhtandır: “Görünür, Nazim Məmmədovun həmin müəssisə ilə bağlılığı var. Ərazidə olarkən üzərimdə “Mərkəz” qəzetinin 24 N-li press vəsiqəsi olub. Vəsiqəmə Emin Abbasov şəxsən baxıb və məlumatları öz kitabçasına qeyd edib. Adıçəkilən ərazidə araşdırma aparacağımla bağlı redaksiyanı məlumatlandırmışam. Bununla yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə də məlumat vermişəm. Nizami rayon İcra Hakimiyyətinin təsərüffat bölməsinin rəhbəri Babək Tatlıyevlə də əlaqə saxlamışam və faktla bağlı məlumat vermişəm. Mən bu günə kimi heç kimdən rüşvət tələb etməmişəm. Əgər belə bir fakt varsa, qanun qarşısında cavab verməyə hazıram. Nazim Məmmədovun mənim haqqında dedikləri şər və böhtandır. Ötən gün baş vermiş hadisə ilə bağlı ərazidə olan şəxslər Emin Abbasovun hansısa deputatın qohumu olduğunu deyiblər”.