Bakıda daha bir nəhəng tikinti projesi

Bakıda daha bir iri tikinti layihəsinə başlanılıb. “Lent.az”ın məlumatına görə, bu, Azərbaycanın ən böyük xəstəxanası olacaq binanın tikintisidir. Şəhərinin Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun sağ tərəfində inşa olunan xəstəxananın adı “Milli Sağlamlıq Mərkəzi” (“National Health Center”) olacaq.
Artıq mərkəzin tikiləcəyi ərazidə bütün hazırlıq mərhələsi sona çatdırılıb.
Mərkəz 540 çarpayı tutumuna, 170 min kvadrat metr əraziyə malik olacaq.