Scotland Yard binasını satır

İngiltərənin təhlükəsizlik təşkilatı Scotland Yard hökumətin büdcə məhdudlaşdırmalarından sonra üzləşdiyi böhranı aşmağın yolunu tapıb.
Bu barədə məlumat verən Türkiyənin “Hürriyet” qəzeti yazır ki, təşkilat İngiltərə hökumətin “500 milyon (təxminən 650 milyon manat) sterlinq qənaət edin” tələbləri qarşısında Londondakı mərkəzi binasını satışa çıxarmaq qərarına gəlib. Londonun prestijli Victoria bölgəsində yerləşən, 1960-cı illərdən qalma 20 mərtəbəli binanın satışından 150-200 milyon sterlinq (200-260 milyon manat) gəlir əldə edilməsi gözlənilir. Scotland Yard binanı 2008-ci ildə 122 milyon sterlinqə (159 milyon manat) satın almışdı.
Təşkilatdan verilən şərhdə “Ehtiyacımız olmayan köhnə binaları saxlamayacağıq. Bütün qərargahları eyni kompleksdə toplamağa çalışacağıq” deyə bildirilib.
Satışdan sonra Scotland Yardın 900 min kvadrat metrlik əmlaklarının üçdə biri əlindən çıxmış olacaq.