Qumarxanadan oyunların keçirilməsi üçün lazım olan əşyalar götürülüb
Sumqayıtda qumarxana və qanunsuz totalizator oyunları təşkil edildiyi obyekt aşkar edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şamil Quliyevin icarəyə götürdüyü müəssisədə qumarxana və qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib. Qumarxanaya baxış zamanı 8 ədəd kompüter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülüb.
Qeyd edək ki, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həyata keçirib.