Hüquq müdafiəçisi əməliyyat olundu; Oqtay Gülalıyev qəsdən vurulub? VİDEO FOTO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin üzərində cərrahi əməliyyat başa çatıb. Bildirilir ki, əməliyyat uğurla keçib.

***

Hüquq müdafiəçisi, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev hazırda SİTY Hospitalda əməliyyat olunur. Səbəb onun dünən avtomobillə vurulma nəticəsində beynində yaranan qansızmanın təhlükəli həddə çatmasıdır.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

O.Gülalıyev dünən saat 17 radələrində Bakının Nəsimi rayonu ərazisində piyada keçidini keçərkən yol hərəkəti qaydasını pozan bir avtomobil onu vurub. DİN-in yaydığı məlumata görə, hüquq müdafiəçisi taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi «Hyundai Accent» markalı avtomobillə vurulub.

Sürücü O.Güllıyevi öz maşını ilə Kliniki Tibbi Mərkəzə aparıb və özü də orada bir qədər gözləyib. Gülalıyev həmin xəstəxanada bir neçə saat saxlandıqdan sonra vəziyyəti ağırlaşdığı üçün CİTY Hospitala köçürülüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, O.Gülalıyevin ailəsi əvvəlcə əməliyyatla bağlı tərəddüdlər edib.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, masa ve iç mekan

«Səhiyyə Nazirliyi «City Hospital»a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hal-hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək», – nazirlikdən qeyd edilir.

O.Gülalıyevin yaxınları isə Səhiyyə Nazirliyinin açıqlaması ilə razı deyillər. Onlar qeyd edirlər ki, əməliyyatın vacibliyi onlara gec deyilib: «Biz cəmi 10 dəqiqə məsləhətləşdik. Amma MRT-dən (Maqnit rezonans tomoqrafiya) keçirilməsi 5 saat gecikdirildi» (azadliq.org).

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve uyuyan insanlar

DİN-in məlumatında qeyd edilir ki, faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bir sıra ictimai fəal, o cümlədən bəzi hüquqşünaslar hesab edir ki, O.Güllıyevin vurulması təsadüfi qəzadan çox qəsdə bənzəyir. Cinayət işinin deyilən maddə ilə açılması isə hadisənin faktiki hallarına və miqyasına uyğun deyil.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, masa ve iç mekan

Oqtay Gülalıyevin vurulma anını göstərən video da hadisənin qəsd olma ehtimalını yaradır. Belə ki, hüquq müdafiəçisi piyada keçidini keçərkən çox da sürətlə hərəkət etməyən avtomobil sanki bilərəkdən onun üzərinə sürülür. Yol hərəkəti qaydasını pozan sürücüsü, sürət və yolun genişliyi manevrə imkan versə də, qarşısındakı insanı vurmamaq üçün sanki heç nə etmir. Üstəlik, hadisədən sonra da özünü çox soyuqqanlı, bir növ, psixoloji cəhətdən hadisəyə əvvəlcədən hazırlıqlı kimi aparır.

AXCP sədri Əli Kərimli də hesab edir ki, ortada qəsd olma ehtimalı yüksəkdir. “Oqtay bəyin vurulduğu anın videosuna baxanlar çox asanlıqla görə bilər ki, o, heç bir qəza şəraiti olmadan vurulub. Onun məqsədli vurulma ehtimalı yüksəkdir”, – deyə Kərimli feysbuk qeydində bildirib. AXCP sədri bəyan edib ki, Oqtay Gülalıyevin həyatına görə başda İlham Əliyev olmaqla, bu hakimiyyət məsuliyyət daşıyır.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve oturan insanlar
Görüntünün olası içeriği: 4 kişi
Hospitalda