Bakıda ev partladı; yaralılar var

Bu gecə Bakının Suraxanı rayonu ərazisində mənzillərin birində partlayış baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bülbülə qəsəbəsindəki yeni tikilmiş evlərdən birində yaşayan Bayram Məmmədovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Yanıq xəsarətləri almış ev sahibi və qohumu 12 yaşlı Zeynəb Rəsulova xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır.