Bakıda silahlı şəxslər iş adamının evinə basqın edib

Oktyabrın 30-na keçən gecə Bakı şəhərinin Qobu qəsəbəsində mənzilə silahlı basqın edilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, 4 naməlum şəxs Qobu qəsəbəsində Mübariz Əlicanovun evinə basqın edib. Odlu silahla silahlanmış və maska taxmış həmin şəxslər ev sahibi M.Əlicanovun həyat yoldaşının əl-qolunu bağlayıblar. Qadını hədələyən quldurlar mənzildən 4 min manat pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları, digər qiymətli əşyaları götürərək qaçıblar.

Hazırda polis silahlı basqınçıların müəyyən edilərək saxlanması istiqamətində iş aparır. Fakt üzrə cinayət işi başlanılıb.