Amerikalılar dünyanın ən etibarlı avtomobillərinin adlarını açıqlayıblar. Onların fikrincə, Yaponiya istehsalı olan maşınlar ən güvənilən avtomobillərdir. Avtomobillərin onluğunda yeddi yeri məhz bu ölkənin istehsalı olan maşınlar tutub. Belə bir nəticəyə «Consumer Reports» nəşri 1.2 milyon abunəçisi arasında apardığı sorğuya əsasən gəlib.
Sorğuda iştirak edən 90 Yaponiya avtomobilindən ümumilikdə 86-ı sorğu iştirakçıları tərəfindən «yaxşı» qiymət alıb. Onlardan 35 ən yüksək bala layiq görülüb. Yaponiya avtomobilləri arasında isə ən etibarlısı «Toyota»dır. ABŞ maşınlarından isə yüksək nəticəni yalnız kupe «Cadillac CTS» alıb. İyirmi səkkiz brend avtomobil markası arasında sonuncu yeri «Ford» və «Lincoln» tutub.
İnformasiya şöbəsi