Dünya İzmirə sığınacaq

“Qiyamət qopanda” yeganə sığınacaq buradakı Şirincə kəndi olacaq

İzmirin Səlcuk ərazisindəki Şirincə kəndinə bu ilin dekabr ayında böyük turist axını gözlənilir. Səbəb, Maya təqviminə görə, dekabrın 21-də qiyamət qopacağına və “dünyanın son günündə” yeganə təhlükəsizlik məkanın məhz Şirincə kəndi olacağına dair inanclardır. Anadolu xəbər agentliyinin məlumatına görə, turistik məkan olan Şirincə hər il dekabrın 15-dən sonra adətən boşluq görür, amma bu il Milad bayramı ərəfəsində kənd turistlərlə dolu olacaq. (BBC Azərbaycanca)

“Blue Energy Group” (Mavi Enerji Qrupu) beynəlxalq təşkilat hesab edir ki, yalnız Türkiyənin Şirincə və Fransanın Bugarach kəndləri “dünyanın son günü” dağıntılardan xali olacaq. Şirincə öz arxitekturasına görə, Türkiyənin populyar yay turizm məkanlarındandır. Ancaq bu il dekabr ayı üçün artıq turistlər otellərdə rezervasiyalar edib. “Dekabrın 15-dən il sonunadək heç xarici müştərimiz olmazdı, amma bu ilki rezervasiyalarda tam tərsi oldu”, – Mistik Konakları turizm firmasının sahibi Engin Vatan Anadolu agentliyinin müxbirinə deyib.

“Blue Energy Group”-un kənddəki bütün kirayə verilən evləri rezerv etdiyi xəbər verilir.
Şirincə kəndinin sakinləri də çox məmnundurlar. İbrahim Kataç adlı kənd sakini deyib: “Kaş ki, belə şaiyələr həmişə olsun. Onda daha çox adam və daha çox müştəri kəndə gələr və ticarət canlanar”.