19 oktyabr mitinqi mütləq olacaq! Əli Kərimli son qərarı açıqladı VİDEO

“Razılıq verilməsə, mitinqi 28 May metrostansiyası qarşısında keçirəcəyik! Mən meydanda olacam, siz də gəlin!”

AXCP sədri Əli Kərimli Osmanqızı yutub kanalında canlı yayımın qonağı olub və bir sıra suallara cavab verib. Müsahibədə Milli Şuranın 19 oktyabra təyin edilən mitinqi barədə də danışılıb. Əli Kərimli bəyan edib ki, mitinq üçün BŞİH-ə 3 yer təklif ediblər, əgər hakimiyyət ağlabatan bir yer ayırmasa, aksiyanı BŞİH-ə təklif etdikləri yerlərdən biri olan 28 May metrostansiyasının qarşısındakı meydanda keçirəcəklər. Müsahibəni təqdim edirik: