Müşahidə missiyası demokratik prinsiplərin pozulduğunu açıqladı
Ukraynada həftəsonu sonu keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, prezident Viktor Yanukoviçin Regionlar partiyası öndədir. Səslərin yarısı artıq sayılıb. İlkin nəticələrə görə, Regionlar partiyasının 35, müxalifətdəki eks baş nazir Yuliya Timoşenkonun Vətən partiyası 22, Kommunistlər 15, kboks üzrə dünya çempionu Viktor Klichkonun “Zərbə” partiyası 13 və Azadlıq hərəkatı 8 faiz səs yığıb. “Exit pol”lara əsasən mübarizə Regionlar partiyası ilə Vətən partiyası arasında gedir.
Qərb dövlətlər 450 yerlik parlamentə keçirilən seçkiləri Ukraynada demokratiya üçün həlledici sınaq olduğunu bildiriblər. ATƏT-in müşahidə missiyasının rəhbəri Uolburq Habsburq Duqlas seçkilərin demokratik prinsiplərə uyğun keçirilmədiyini söyləyib.
ATƏT-in rəyinə görə, siyasətçilər seçkinin nəticələrinə təsir edəcək qədər inzibati resurslardan istifadə ediblər. Seçki kampaniyası dövründə media tərəfkeş olub və maliyyə şəffaflığı təmin olunmayıb.