
Azərbaycanın şərqşünas-alimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyev dünyasını dəyişdi.
Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib. 1992-ci ildə “Əməkdar elm xadimi” fəxri adı, 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2007-ci ildə Elmlər Akademiyasinin akademiki seçilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə azərbaycan dilinə tərcümə edib.
Allah rəhmət eləsin!