bmt-ts

BMT TŞ anti-Türkiyə sənədini qəbul edə bilmədi

bmt-ts

ABŞ və Rusiya sənədə veto qoydu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar aparmasını piqsləyən bəyanat qəbul etmək üçün toplanıb, amma bəyənat səsvermədən keçməyib. ABŞ və Rusiya sənədin qəbuluna veto qoyub.

Türkiyə Suriyanın şimalında, elan etdiyi kimi, təhlükəsiz zona yaratmaq məqsədilə “Barış bulağı” hərbi əməliyyatlarına başlayıb. Rəsmi Ankara bu əməliyyatları öz sərhədlərini terror qruplaşmalardan təmizləmək üçün apardığını bildirir. Beş Avropa dövləti – Fransa, Almaniya, İngiltərə, Polşa və Belçika isə bu əməliyyatları qınamaq üçün BÇT TŞ-nın təcili toplantısını çağırmağı təəlb edib. Toplantı baş tutsa da, ABŞ və Rusiya sənədlə razılaşmadığından qınayıcı bəyanat qəbul edilməyib.

Türkiyə ordusu isə əməliyyatları havadan və qurudan davam etdirir. Türkiyə Müdafiə Nazirliyi sosial şəbəkə hesablarından məlumat yayıb ki, əməliyyatlar başlayandan bəri 174 PKK/PYD/YPG terrorçusu öldürülüb.