Suriyanın İdlib vilayətinin Allani kəndində müxaliflərlə Bəşər Əsədə sadiq birliklər arasında qanlı döyüşlər gedir. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Bəşər Əsədə sadiq əsgərlərin bir qismi müxaliflərə əsir düşməmək üçün sərhədi keçərək Türkiyəyə gəlib. Hatayın Altınözü rayonunun Ziyarət kəndindəki Dostluq Su Anbarı yaxınlarından Türkiyəyə keçən 29 əsgəri türk hərbçiləri qarşılayıb. Suriyalı əsgərlərdən 5-i yaralı olduğu üçün xəstəxanalara yerləşdirilib. 24 əsgər isə ifadələri alındıqdan sonra Altınözü rayon Jandarm Komandanlığına aparılıb (Lent.az).