Ukraynada “exit-poll” müxalifəti qalib elan etdi

Ukraynadakı parlament seçkilərinin nəticələri ilə bağlı keçirilən “exit-poll”un nəticələri açıqlanıb. Qeyd edək ki, seçkilərin gedişini 3500-dək xarici müşahidəçi izləyib, onlardan 600 müşahidəçi ATƏT-i təmsil edib. “Exit-poll”un nəticələrinə görə, keçmiş baş nazir Yuliya Timoşenkonun lideri olduğu birləşmiş müxalifətin «Batkivşina» bloku, məhşur boksçu Vitali Klitschkonun “UDAR” partiyası, “Azadlıq” partiyası Rada 117-127 arası deputat yeri əldə etməlidir. Yerli təşkilatların da monitorinqinə görə, müxalifət ən yaxşı halda 127 nəfərlə parlamentdə təmsil olunacaq. “Exit-poll”a görə, Regionlar və kommunistlər isə 101 yer əldə edə bilər.

Seçkilərin rəsmi nəticələrinin isə MSK tərəfindən oktyabrın 31-də açıqlanacağı gözlənilir. Bu arada “exit-poll”un nəticələrindən sonra Yuliya Timoşenkonun lideri olduğu birləşmiş müxalifətin «Batkivşina» bloku hazırkı dövlət başçısı Yanukoviçin impiçment məsələsini gündəmə gətirib.


İnformasiya şöbəsi