Müxalifət razılaşdırılmamış aksiyalara başlayır! Əli Kərimli anonsunu verdi VİDEO

AXCP sədri Əli Kərimli TuranTV-də (və canlı olaraq Azərbaycan saatı yutub kanalında) yayımlanan Sözarası proqramının növbəti dəfə qonağı olub. Budəfəki söhbətdə hakimiyyətin 28 sentyabr mitinqinə Lökbatan qəsəbəsini təklif etməklə faktiki yox deməsi və bundan irəli gələrək müxalifətin atacağı növbəti addımlar, eləcə də Azərbaycanın BMT Baş Assambleyasında Ermənistan tərəfin hücumları qarşısında müdafiəsiz buraxılması və gündəmin başqa mövzularından danışılıb.