İraqda iranlı zəvvarlara hücum olub, ölənlər var

İraqın Taci şəhərində şiə zəvvarları aparan avtobusun partladılması nəticəsində azı 7 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Bəzi məlumatlara görə zəvvarlar iranlıdır.

Son vaxtlar İraqda zorakılıq aktları nisbətən səngisə də təhlükəsizlik qüvvələri və şiələrə vaxtaşırı hücumlar edilir (“Azadlıq” radiosu).