Seymur Həzi azadlıqda! FOTO VİDEO

AXCP sədrinin müavini, jurnalist, Azadlıq qəzetinin şöbə müdiri, Azərbaycan saatı televiziya proqramının aparıcısı Seymur Həzi 5 illik həbs müddəti bitəndən sonra, bu gün səhər saatlarında azadlığa buraxılıb. Həbsxana qarşısında onun kütləvi qarşılanması olmasın deyə, Seymur Həzi iş günü başlamamış, səhər saat 7 radələrində həbsxanadan yola salınıb. Seymur Həzi bunu hakimiyyətin qorxusu kimi qiymətləndirib.

“Bu, hər şeydən öncə mənim təntənəli qarşılanma mərasimimin qarşısını almaq üçün edildi, elə bunun özü də hökumətin qorxusunun ifadəsidir”, – deyə o, Azadlıq radiosunun müxbirinə bildirib.

Seymur Həzi həbs olunması və həbsdəki həyatı barədə deyib: “Mənim barəmdə 5 il öncə verilən ittihama da, məhkəmə qərarına da münasibətim dəyişməyib. İttiham qərəzli, məhkəmə qərarı isə ədalətsiz idi… Bu 5 ildə idmanla məşğul olmuşam, çox kitab oxumuşam. Yəni, bu 5 il həyatimdan heç nə çala bilmədi, əksinə, bəzi müsbətləri əlavə etdi”.

Seymur Həzi hesab edir ki, həbsi hökumətin media tənqidinə dözümsüzlüyünün göstəricisidir: “Bununla hökumət göstərdi ki, tənqid üçün açıq deyil və tənqidə görə cəzalandırma yolu tutub”.

O, daha sonra da əlavə edib ki, həbsdə olduğu 5 ildə azadlığa çıxmaq haqqında da düşünməyib: “Hakimiyyətdən də bağışlanmaq gözləməmişəm…”.

Image may contain: 5 people, people smiling, outdoor

Image may contain: 2 people, including Nigar Hezi, people smiling, outdoor

Image may contain: 2 people, including Nigar Hezi, people smiling, close-up

Image may contain: 2 people, people smiling, people standing

Image may contain: 15 people, people smiling, people standing