Əsəd rejimi müxalifləri bombaladı, üsyançılar hərbi bazaya hücum etdi
Suriyada beynəlxalq təşkilatların çağırışlarından sonra atəşkəsi qəbul etdiyini açıqlayan Bəşər Əsəd rejimi və müxaliflər qərarın üstündən bir gün keçməmiş razılaşmanı pozublar. Suriya ordusuna aid qüvvələr ötən gün Hələb-Dəməşq yolunun üzərində olan bir kəndə hücum ediblər. Hücum zamanı ağır artilleriyadan istifadə olunub. Müxaliflər isə Bəşər Əsədin əmrindəki qüvvələrin hərbi bazasına hücum edib.
Rejim əleyhdarları gecə boyu davam edən qarşıdurmalar zamanı hökumət qüvvələrinə aid 2 tankı ələ keçirib. Türkiyənin Akçakalə qəsəbəsinə bir neçə klometr aralıda yerləşən Rakka vilayətinin Tel Əbyad rayonuna nəzarətə ələ keçirən “Azad Suriya Ordusu”nun əsgərləri Qentariyyə bölgəsində hökumət qüvvələriylə qarşıdurmaya girib.