Əli Kərimli Neftçaladan hakimiyyətə səsləndi: “Qırmızı xətti keçməyin” VİDEO

AXCP sədri Əli Kərimli avqustun 10-da keçmiş siyasi məhbus Elnur Fərəclinin vəfatının ildönümündə Neftçala rayonunda olub. Əqidaşları ilə birgə onun yas məclisində iştirak və məzarını ziyarət edib. Əli Kərimli rejimin məhv etdiyi AXCP fəalının məzarı üstündə qısa çıxış edərək, bir müddət əvvəl Elnurun doğum günü ilə bağlı anım mərasiminin keçirilməsinə yerli polis rəisinin müdaxiləsini xatırladıb və hakimiyyətə xəbərdarlıq edib ki, müxalifətçilərin xeyir-şər məclislərinə müdaxilə cəhdlərinə son qoysun. “Ölkəmizin hər bir ucqar guşəsində də əqidədaşlarımızın təcrid edilmələrinə imkan verməyəcəyik” deyən AXCP sədri belə məsələlərin onlar üçün “qırmızı xətt” olduğunu bəyan edib.

Image may contain: 9 people, people smiling, people standing and outdoor

Image may contain: 1 person, standing, wedding, crowd and outdoor

Image may contain: 2 people, people standing, people walking, crowd, tree and outdoor

Image may contain: one or more people, people standing, crowd and outdoor

Image may contain: one or more people, people standing, crowd, tree, sky and outdoor