Çöhrəqanlı və bütün “Q”-lər

Rza Talebi

Daha əski Bakı yox. Sən də bilirsən, mən də bunu bilirəm. Elə o otel otağı filminin baş xarakteri kimi , elə o Fəxrəddin Manafov kimi bu qurbətin oyunlarını çox yaxşı bilirəm. Keçən ay Bakıda olduğum zaman Tehran və Bakının fərqini sadəcə çaxır, musiqi, sosyal azadlıqlarda görmək məni incidirdi və tək ortaq variant diktatorluq məni tam susdurur. Nə nağıl demək istəyirəm, nə hekayə. Birbaşa mövzuya girəcəm. Keçən günlərdə sosyal mediada İlham Əliyev haqqında Mahmudəli Çöhrəqanlı neçə məsələyə işarə etmiş. Bu sözlərə qarşı çoxlu etirazlar gəldi, üzrlər diləndi, o bunu vurdu, bu onu vurdu, müzakirələr getdi və nələr, nələr… Yazmaq istəmirdim ama təpədən dırnağa hirs içindəyəm, sosial mediada Əhməd Şah Qacar və Şair Fərruxi Yezdinin məhkəməsini öyən, insanları hər bir problemə görə təhqir edən şəxslər Mirzadə Eşqinin məclisə yaman yoğuz” şeirini kəskin bir cavab bilən insanlar.

Eydündolənin dediyi kimi, Qacar dönəmində qəzetlərdə “Şaha yaman deyirdilər” metodunu xor görməyən, Paul Luca oxuyaraq onu dəstəkləyənlər, İrəc Mirzə, Suzəni Səmərqəndi Türk Ədəbiyatı bilənlər, indi hamısı İlham Əliyevin müdafiəçisi olublar. Nə bir partiyaya bağlıyam, nə də Çöhrəqanlını savunuram˛sadəcə sizdən bir soru soruram. Onun yamanlarını kənara buraxaraq gerçəkdən Əliyev hakimiyyətinin belə olmadığınımı düşünürsünüz? Çöhrəqanlının yamanlarını hamımız metod olaraq qınaya, amma məsələnin əsasını unuda bilərikmi? Çöhrəqanlının deportasiya, məhkəmə prosesində gedən məsələləri, hakimiyyətə bağlı olmadığını unuda bilərikmi? Onun, Xalqın, Elçibəyin məruz qaldığı xəyanətləri unuda bilərikmi?

Diktatorluğu müdafiə edib, bizim diktator əgər bizdən olsa ki, bu fikrə inanmıram, ən yaxşi diktatördü metodu dəstəkləyəkmi? Türmədə olan soydaşlarımıza göz yumaq çünki onları həbs edən öz millətimizdəndir? Hülakü kanın dediği “kafir hakim dindar hakimden ərcəhdir” demesini unudaqmı? Qarabağı mahnılara, sosyal medyaya, Azerbaycanı rəqsə , Tıraxtora, çaxır həddinə düşürəkmi? “Sizin bura ilə işiniz yol, gedin İranla uğraşın, mən əlli milyonun prezidentiyəm” deyənəmi inanaq? Lidərlərimizi ələşdirməyək, hətta Çöhreqanini de, Əliyevi də, ağ və qara ola, ya ona tay, ya buna tay, çetələşəkmi? Gündəmimizi bir birimizə Ettelaatçı, Mtnçi, qurumsaq demək həddinəmi düşürək? Əliyevi tənqid etmemeklə, yolu buna açan ki, təşkilatlarin liderlerinə də tənqid olmaz, Sakarya meydan muharibesinə dönüşəkmi? Bir kelmeni birisini vurmak üçün Osman köyneyi edək ki bütün rüşvət, neft, kasıblıq, fahişəlik, unudulsunmu? Bunlar ve bunların ötəsi , hamısı və hamısı var, yaman və yoğuz demək yanlışdır. Amma necə ki, Quran da deyilir ki, Allah fəryad etmeyi sadəcə o adamdan qəbul edər ki ona zulm kimsəyə zülm etməz. Sizcə bu fəryad, sevsək də sevməsek də Uzaq Amerikada qalan Çöhrəqanlinin haqqı değil mi? İllerdir, onu tək qoyaraq köşəyə sıxışdıraraq , onu bu halə gətiren biz deyimiyiz, səhvləri demədik, yalqızlaşdırdık, kutsadık? Bəzən toxunulmaz etdik, sonr medyadan məhrum ettik, potensialını öz yararlarımıza qullandıq. İndi səhvleri onun oldu, başarısı bizim? Mənim nə o medya, nə də bu medya ilə işim var. Mənə yaman deyənlərə bircə cavap da verməmişəm, təşkilatdan ayrilanda kimsəyə toxunmamışam, halbuki mene ilişən çox olmuş, hansısa meyvədən tutmuş casusa qədər deyiblər. Amma heç özümü savunmamışım, amma və amma…

Amma və amma yenədə deyirəm, həqarət kimə olursa səhvdir, İlham Əliyev olsun ya başqası. Kaş İlham Əliyevin yanında durduğumuz kimi vaxtilə Kələkide Əbülfəz Elçibəyin də yanında olsaydınız. Oğlu şəhid olan, cibində beşcə manatı olmayan qaçqın ananın yanında olsaydınız, həbsdəki Seymurun, Rusiyada, Bakıda Tehranda, İstanbulda dilənənin yanında olsaydınız kaşki. Bəlkə də onun üzünə yaman deyilmiyib ama onu o hala salan ona ən pis yamanı deyib. Ona görə zalimin yanında durmaqdansa, o yaman deyən Çöhrəqanlinin yanında dururam. Sevməsəm də, sevməsək də dururam və tənqidimi de edirəm. Hər danışığına görə onu daş qalaq etmirəm, paraya, mənsəbə satmıram , səhvləri də olsa, ağzını pozsa da, vururam. Yalnız bir yazar kimi tənqid ederək onu ələşdirirəm Ona görə, bu “Q” lərdən bu G lərədək qurtulmaq istəyirəm, bütöv olmak istəyirəm, hətta bu qurtulmağın başdaki “Q” hərfini də silərək qurtulmaq istəyirəm.