Obama vaxtından əvvəl səs verdi

Bununla da o, ABŞ tarixində daha bir ilkə imza atdı

ABŞ prezidenti Barak Obama prezident seçkilərində vaxtından əvvəl səs verib. BBC-nin verdiyi məlumata görə, o, bunun üçün doğma Çikaqo şəhərinə səfər edib. Beləliklə, Barak Obama tarixdə seçki gününü gözləmədən səs verən ilk ABŞ prezidenti olub (ans press).

Koloradoda seçicilər qarşısında çıxış edən Barak Obama onları ondan nümunə götürməyə, səsvermə gününü gözləmədən vaxtından əvvəl seçki məntəqələrinə getməyə və ya bülletenləri poçtla yollamağa çağırıb.

Fəaliyyətdə olan prezident Respublika Partiyasından olan rəqibi Mitt Romni ilə bərabər reytinqə malikdir. O, vaxtından əvvəl səsvermə zamanı əlavə səslər qazanmağa çalışır.

ABŞ-ın 50 ştatından 32-sinin sakinləri vaxtından əvvəl səs verə bilərlər.

ABŞ-da prezident seçikləri noyabrın 6-da keçiriləcək.