Bakıda dəhşətli qəza: 2 ölü, 12 yaralı

Suraxanıda ağır yol qəzası baş verib. “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 9-u uşaq olmaqla, 12 nəfər yaralanıb, 1-i uşaq olmaqla, 2 nəfər ölüb. Hadisə Hövsan-Türkan yolunda baş verib.

Qəza nəticəsində 1 nəfər –  1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu hadisə yerindəcə dünyasını dəyişib. 13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanada vəfat edib.

Yaralananlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.