“Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstanda növbəti rəzalət baş verib”

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində Gürcüstanda həbsdə olan professor Fərman Ceyranlının cəzasının ağırlaşdırılmasına münasibət bildirib. Onun fikirlərini təqdim edirik:

Bu da bizim azad və demokrat hesab etdiyimiz Gürcüstan. İndicə məlumat aldım ki, Gürcüstan Ali Məhkəməsi prokurorluq tərəfindən heç bir protest verilmədiyi halda Azərbaycanın kriminal və korrupsioner hakimiyyətinin təzyiqi ilə Gürcüstan Apelliyasiya məhkəməsinin professor Fərman Ceyranlı haqqında qərarını ləğv edib və əlavə olaraq tanınmış həkimi 6 il iş verib. Fərman Ceyranlı məhz bu ay – avqust ayında azadlığa çıxmalı idi. Məsələ burasındadır ki, Ali Məhkəməyə şikayətçi tərəf deyil, Gürcüstan prokurorluğu deyil, məhz Fərman Ceyranlı tam bəraət almaq üçün müraciət etmişdi. Ümumiyyətlə, məhkəmə sistemində şəxsin öz müraciəti əsasında baxış zamanı cəzanın ağırlaşdırılması nonsesdir. Ən pis halda Ali Məhkəmə iddianı rədd edə bilərdi. Yalnız avtoritar rejimlərdə qisasçılıq məqsədi ilə belə rüsvayçı məhkəmə hökmlərinə təsadüf edilir. Əfqan Muxatrlının Tbilisi küçələrindən oğurlanmasından sonra Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstanda növbəti rəzalət baş verib və Apelliyasiya məhkəməsinin qərarı ilə bu ay azadlığa çıxacağı gözlənilən Fərman Ceyranlıya əlavə olaraq 6 il azadlıqdan məhrumolunma cəzası verilib.