Gülağa Aslanlı: «Siyavuş Novruzov hələ də mağara təfəkküründən irəli gedə bilmir»
Müsavat partiyasının keçirmək istədiyi qurultayın yeri rəsmi dairələrdə müzakirə predmeti olub. Bu məsələyə münasibət bildirən deputat Siyavuş Novruzov qurultay üçün təklif edilən yerlə razılaşmayan müsavatçılara “onda gedib palatka qurub qurultayınızı keçirin” deyib.
Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı “Azadlıq”a açıqlamasında “palatka” məsələsinə şərh verib. Gülağa Aslanlı deyib ki, Siyavuş Novruzov hələ də palatka təfəkküründən irəli gedə bilmir: “Mağara təfəkkürü onun beynində elə kök salıb ki, hələ də ondan uzaqlaşa bilmir. Bu adam başa düşmür ki, yüz illik tarixi olan bir partiyanın qurultayı üçün yer verməmək onun təmsil etdiyi hakimiyyətə başucalığı gətirmir. Bu, hakimiyyətin nə qədər rəzil vəziyyətdə olduğunu göstərir. Siyavuş Novruzovun təklif etdiyi yerdən, hətta onların yaxın bildiyi Bütöv Azərbaycan Partiyası da imtina etdi. Onların qurultay üçün dediyi yer özlərinə layiqdir, öz qurultaylarını orada keçirsələr, yaxşı olar. Bundan başqa, Siyavuş Novruzov özünün mənasız danışığı, yalanı və iftiralarıyla məşhur olan bir adamdır. O, belə danışmaqdansa, Azərbaycanda baş verən qalmaqallar, parlamentdə mandatsatma məsələsindən danışsa, daha yaxşı olar”.
Nigar