Sahibkarlardan pul istəyənlər Kəmaləddin Heydərovun adı ilə hərəkət edirlər
«Əri döyən arvadı bir yandan da it tutar»
Bir neçə ay əvvəl paytaxtda beşinci dəfə yandırılan, “Vosmoy” kimi tanınan 8-ci kilometr bazarında sahibkarlara təzyiqlər səngimək bilmir. “Iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Heydər Əliyevin bu kəlamına ölkənin hər yerində rast gəlmək olar. Elə “Vosmoy”un yaxınlığında dəmir lövhədə də bunu görmək mümkündür. Amma bazardakı sahibkarlara bu kəlamlar tamamən yaddır.
“Dükanlar yanmadı, sahibkarlar yandı”
Bazarda ilk rastlaşdığım Elçin adlı sahibkar dükanların yanması ilə əlaqədar sahibkarların da “yandığını” deyir: “Bazar yanmamışdan iki gün öncə Türkiyədən mal gətirmişdim. Cəmisi 3 paltar satmışdım. Qalanları yanıb külə döndü. Banka olan borcumu indi də qaytara bilmirəm. Gərək dükan olsun ki, işləyim pulu qaytarım. Əvvəlcə dedilər ki, bazar bərpa olunandan sonra dəymiş ÿziyanın müəyyən hissəsi ödəniləcək. Amma indi heç kim bu barədə söz salmır. Əvvəllər də bazar yananda deyirdilər ki, kompensasiyalar veriləcək. Artıq neçənci dəfədir ki, bazar yanır, ancaq heç kimə qara qəpik də vermirlər. Cəhənnəmə, əvvəllər yanandan sonra bazar bərpa olunurdu, bir neçə ay icarə haqqıÿ almadılar, biz də birtəhər özümüzü gələ bildik…”.ÿ
“Milyonerlər indi corab satır”
Müsahibim deyir ki, bazarda elə sahibkar var ki, o artıq sadə satıcıya çevrilib: “Oğlanlar vardı ki, milyonları vardı. Indi piştaxtalarda corab, köynək satır.
Sahibkarlarla söhbət zamanı məlum oldu ki, bazarın ərazisi hansısa tikintiÿ şirkəti tərəfindən alınıb: “Bu barədə bizə heç kim söz demir. Bir ara dedilər ki, burada 12 mərtəbəli ticarət mərkəzi inşa olunacaq və bazar həmin ticarət mərkəzinin balansında fəaliyyət göstərəcək. Sonra bu məlumatın yalan olduğu üzə çıxdı. Daha sonra dedilər ki, ziyan çəkən sahibkarlara müəyyən güzəştlərlə ”Binə” və “Sədərək” ticarət mərkəzlərində obyektlər veriləcək. Biz də buna sevindik ki, buradan canımız qurtulacaq. Axı, bir bazar nə qədər yanar? Ziyan ancaq bizə dəyir. Yer pulunu da vaxtlı-vaxtında tələb edirlər. Heç kim bizi anlamaq istəmir”.
FHN indi nə pulu istəyir?
Bazarda vəziyyət həqiqətən də ürəkaçan deyil. Sahibkarlar nə edəcəklərini bilmirlər. Yuxarıda qeyd etdim ki, onlara kompensasiya ödəniləcəyinə söz verilsə də heç bir nəticə hasil olmayıb. Əksinə, külə dönmüş dükanlarını bərpa etmək üçün onlara maneələr yaradılır. Adının çəkilməsini istəməyən sahibkar deyir ki, hər gün FHN əməkdaşları gəlib, bərpa etmək istədikləri obyektə görə onlardan 10 min manat pul istəyir: “Biz bu qədər zərər çəkmişik, bununla kimsə maraqlanmır. Üstəlik, əlavə pul da istəyirlər. Rəhbərliyin qəbuluna düşmək istəyirik, mümkün olmur. Iki dəfə Prezident Administrasiyasının qarşısında olmuşuq. Söz verdilər ki, tezliklə problemləriniz həllini tapacaq, amma ortalıqda heç nə yoxdur”.
Füzuli adlı sahibkar da FHN-dən tez-tez xəbərdarlıq aldığını söylədi: “Hadisə olan gün nazir Kəmaləddin Heydərov bura gəldi. Bizə deyildi ki, hər kəsə yardım ediləcək. Hətta deyildi ki, dükanları bərpa edəndən sonra 4 ay bizdən yer haqqı tələb olunmayacaq. Kim dükanını tikdisə elə həmin andan onun üçün yer haqqı hesablandı. Imkanı olmayanların isə başına yeni oyun açırlar. Açıq-aydın deyirlər ki, dükanını bərpa etmək üçün 8-10 min manat pul ödəməlisən. Indi heç bir sahibkarın bu pulu ödəməyə imkanı yoxdur”.
Sahibkarların dediyinə görə, bununla bağlı aidiyyəti qurumlara müraciət etmək istəyirlər. Çünki FHN-in tələb etdiyi məbləği ödəyə bilmirlər: “Hər gün biri gəlir, istədiyi məbləği bizdən tələb edir”.
***
Yanğından sonra bazarın çox hissəsinin damı dəyişdirilib. Bu da satıcıların hesabına olub. Dediklərinə görə, hər dükandan 100 manatdan pul yığılıb. Bu azmış kimi yer haqqı da qaldırılıb. Artıq bazarda ən ucuz yerin qiytməti 320 manatdır. Bazarın içərisinə doğru irəlilədikcə qiymətlər də qalxır.
***
Başqa bir sahibkar “Vosmoy”un üstündə iki “lap yekə” oliqarxın savaşa çıxdığını söyləyir. Onun fikrincə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimov arasındakı mübarizənin acısını sadə insanlar çəkir: “Hamıya məlumdur ki, ”Vosmoy” ətrafında bir çox obyektlər N.Ibrahimovundur. O, bu bazarı da ələ keçirmək istəyir. K.Heydərov da bizlərə başqa yollarla təzyiq edir ki, qaçıb burdan gedək”.
Ramin DEKO