Qurban bayramı ilə əlaqədar oktyabrın 25-i və 26-ı ölkədə istirahət günləri olsa da, “Azadlıq” qəzetinin kollektivi fəaliyyətini davam etdirmək, istirahət günlərində də dəyərli oxucularının hüzurunda olmağa qərar verib.
Artıq qəzetimiz bu gün satışda olub. Eynilə sabah da maraqlı məqalələr və vacib məlumatlarla oxucularla görüşə hazırlaşırıq. Qəzetimizi sabah da köşklərdən və qəzet satış məntəqələrindən soruşmağı unutmayın.
Ümidvarıq hazırladığımız materiallarla günlərinizi maraqlı mütaliə ilə keçirməyə kömək edə biləcəyik.
Hər kəsə xoş istirahətlər.