Bakı polisindә idarә rәisinin oğlu özünü öldürdü

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğlu Orxan Ağayev intihar edib. 28 yaşlı Orxan bu gün özünü Nәrimanov rayonunda yaşadığı evin pəncərəsindən, 5-ci mərtəbədən atıb vә hadisә yerindә ölüb.
Rәsmi mәlumata görә, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.