Məşhur Nardaran məhbusu azadlığa buraxıldı FOTO VİDEO

2015-ci il noyabrın 26-da Nardarandakı polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadov həbsdən buraxılıb. İyulun 10-da Nizami Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

Məhkəmənin hakimi Rauf Əhmədov Ə.Bünyadovun saxlandığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində onun vəkili Fəxrəddin Mehdiyevin ərizəsinə baxıb. Vəkil CM-in 76.2 (cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsasən, onun azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdi.

Məhkəmə iclasında Ə.Bünyadov özü də iştirak edib. Dövlət ittihamçısı ərizənin təmin olunmasına etiraz etməyib.

Qısa müşavirədən sonra hakim ərizənin təmin olunduğunu, Ə.Bünyadovun sağlıq durumu ilə əlaqədar cəzadan azad edildiyini elan edib.

Ə.Bünyadov artıq Müalicə Müəssisəsindən çıxarılaraq evinə aparılıb.

Image may contain: 2 people, people smiling, beard and close-up

Image may contain: 2 people, people sitting