Mingəçevir xəstəxanasında 10 aylıq uşaq ölüb

Körpə icbari tibbi sığortanın tətbiq olunduğu Ağdaşdan gətirilmişdi

Ağdaş xəstəxanasından Mingəçevirə gətirilmiş 10 aylıq uşaq ölüb.

Yüksək hərarətlə valideynlərinin Ağdaş rayon xəstəxanasına, oradan da Mingəçevir xəstəxanasına apardığı 2018-ci il təvəllüdlü Ağdaş rayon sakini Türkel Cavid oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Ölümün əsas səbəbi hələlik bəlli deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir şəhəri və Yevlax rayonuyla yanaşı, Ağdaş rayonunda da tətbiq olunur.

Azər