Almaniyada mühacirlər siyasi məhbuslarla bağlı yeni kampaniya başladılar

İyunun 28-də “Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyasına başladılıb. Bu məqsədlə bir qrup azərbaycanlı mühacir Almaniyanın Dortmund şəhərində yerləşən, tirajlı alman qəzetlərindən sayılan “Ruhr Nachrichten” qəzetinin redaksiyası önündə aksiya keçiriblər. Bu barədə DAS üzvü Murad Həmidov məlumat verib.

Aksiyanın təşkilatçıları Murad Həmidov və Aqil Hüseynov olub.

Məqsəd Almaniya mediasının diqqətinə Azərbaycandakı siyasi məhbus problemini çatdırmaqdır. Bunun üçün qəbul edilən müraciətdə deyilir:

“Əziz alman dostlarımız və media nümayəndələri!

Biz – Almaniyaya sığınmış azərbaycanlı siyasi aktivistlər ölkəmizdə diktatura qurmuş İlam Əliyev rejiminin həbs etdiyi və “Amnesty İnternational” təşkilatının “vicdan məhbusu” kimi tanıdığı 110 nəfər siyasi məhbusun azad edilməsi üçün Azərbaycan rəhbərliyinə məktub yazaraq bizim demokratiya mübarizəmizə dəstək verməyinizi rica edirik. Neftlə zəngin Azərbaycan hakimiyyəti Putin Rusiyasının ciddi dəstəyi ilə bir diktatura qurub – Siz almanlar rus diktaturasının nə olduğuna Sovet Almaniyasında bizim qədər şahid olmusunuz.

Siyasi məhbusların sayina görə Azərbaycan dunyanın birinci ölkələrindəndir. Bu gün Azərbaycanda onlarla insan siyasi baxişlarına və dini əqidəsinə görə, bir neçə jurnalist tənqidi yazilarına və çixşlarına görə həbsdədir. “Reporter ohne Qrenzehn” təşkilatının hesabatına görə, Azərbaycan ifadə azadlığına görə 180 ölkə arasında 166-cı, Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya Qavrama İndeksinə görə isə yenə 180 ölkə arasında 152-ci yerdədir.

Sizdən bizim müraciətə qoşulmağınızı və Avropanın ən ucqar ölkələrindən biri olan Azərbaycanda bizim demokratiya qurmaq mücadiləmizə dəstək verməyinizi rica edirik!

Xahiş edirik ki, əlil siyasi məhbus Asif Yusifli və  jurnalist siyasi məhbuslar  Əfqan Muxtarlı, Seymur Həzi, Elçin İsmayıllı  və Ziya Əsədli azad olunması üçün aşağıdakı ünvanlara müraciət edəsiniz.

Umid edirik ki, alman dostlarımız xüsusilə almaniyalı jurnalistlər buna biganə qalmaycaq”.