Mingəçevirdə qətl

Şəhər sakini 58 yaşlı Akif İbrahimov qətlə yetirilib

Mingəçevir şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin Azərbaycan İES adlanan hissəsində – “Energetik” yaşayış massivində qeydə alınıb.

Azadlıq.info-nun əldə etdiyi məlumata görə, qəsəbədəki fərdi təsərrüfatlardan birində qurulan “yeyib-içmək” məclisi sonda qanla bitib. Belə ki, məclisdə ev sahibi ilə qonaqlardan biri arasında yaranan mübahisə sonradan münaqişəyə çevrilib. Bu zaman ev sahibi döyülüb və müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan sonra o, silah götürüb məclisə qayıtmaq istəyərkən qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıblar. Qarışıqlıq zamanı açılan atəş nəticəsində güllə 58 yaşlı Mingəçevir şəhər sakini Akif İbrahimova dəyib. A.İbrahimov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azər