Mərhum prezidentin məzarını açmaq niyyətinin arxasında hansı maraqlar durur?
Azərbaycan hakimiyyəti ölkə gündəmini dəyişmək üçün məkrli plan cızıb. Plana əsasən eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə sərsəm iddia yenidən gündəmə gətirilməli və onun qəbirinin açılmasının vacibliyi barədə müzakirələr başlamalıdır.
Bir qədər sonra isə qəbirin açılacağı elan edilməlidir. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, hakimiyyət “Gülər Əhmədova olayı” və əleyhinə olan digər baş verənləri gündəmdən çıxarmaq üçün Əbülfəz Elçibəyin qəbirinin açılmasını yeganə çıxış yolu hesab edir. Respublika Prokurorluğunun da bu məsələ ilə bağlı ikibaşlı açıqlamalar verməsi belə bir iyrənc planın mövcudluğundan xəbər verir.
Lakin məlumatlara görə, iqtidarda bu məsələ ilə bağlı müəyyən tərəddüdlər də var. Hökumətdə bəzi qüvvələr hesab edir ki, bu hadisə iqtidara “Gülər Əhmədova olayı”ndan daha böyük zərbə vura bilər.
İnformasiya şöbəsi