Binəqədi rayonu, Dərnəgül qəsəbəsi Gəraybəyli küçəsi 41 ünvanında yerləşən yataqxananın sakinləri aksiya keçirib. Qəzalı vəziyyətdə olan binanın sakinlərinə bildirilib ki, birinci gün evlərini tərk etməlidirlər. Sakinlər isə bununla razılaşmır. Onlara veriləcək 30 min manat kompensasiyanı qəbul etmirlər. Müvəqqəti kirayə mənzilllə təmin olunmalarını, daha sonra isə həmin ərazidə onlara ev tikilib verilməsini istəyirlər.
Sakinlər həftənin birinci günü daha kütləvi etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Dərnəgüldə aksiya: Yataqxana sakinləri gecəylə etiraza qalxdı VİDEO
•