Tale Bağırzadəyə ad günü təbriki

Uzun illər əsarətdən əziyyət çəkən bir xalq olaraq bizim haqqımız olan azadlıq, müstəqillik və ən əsası mənəvi dəyərlərimizin yaşadılması ən çox qorumağa borclu olduğumuz məfhumlardır. Zaman keçdikcə bu dəyərləri qorumaq bütün bir xalqın həyat tərzinə çevrilməlidir. Buna qədər isə varlığıyla ona sahib çıxıb, canıyla onu qoruyan şəxsiyyətlər var, olub, olacaqda. Onlardan biri, bizim üçün çox dəyərli olan, əziz qardaşım, mübariz insan, haqq-ədalət uğrunda yorulmadan döyüşən, varlığı ilə zalımların canına vəlvələ salan, öz azadlığını xalqın azadlığına qurban verən Müsəlman Birliyi Hərəkatının lideri Hacı Tale Bağırzadədir. Ey! Müqəddəs hədəfə addımlamaq yolunda haqqında Uca Yaradan məşəqqətli zindan həyatı yazmış dəyərli insan, bu günlər parlaq və nurlu bir gələcəyin müqəddiməsi, eyni zamanda hüznlü günlərin şad və xürrəm günlərə keçidi olan müvəqqəti çətinlikdir. Zindanda itirdiyiniz hər bir gün, əzilmiş, məzlum bir xalqın illərlə şanlı yaşamasının qurbadır. Sizin dözümünüz və ləyaqətiniz bu xalqın daima dik durmasına zəmin yaradır. Və bu dəyanət bir gün mütləq öz bəhrəsini verəcəkdir. Ömrünün 9 cu doğum gününü zindanda keçirən dahi insan, sizi həm öz adımdan, həm də MBH nin idarə heyəti adından, gəncliyinizi qurban verdiyiniz xalqın adından təbrik edir, yüz ilə bərabər yaşadığınız 35 yaşında, min ilə bərabər 100 yaşamağı arzu edirəm. Allah tezliklə qapınızı açsın. Əziz qardaş ad günün mübarək!

 

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımov