Avropa Parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi

Serqey Maqnitskinin ölümündə şübhəli bilinən məmurlar Avropaya buraxılmayacaq, onarın bank hesabları dondurulacaq

Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Rusiyaya qarşı qətnamə qəbul olunub. Qəbul olunmuş sənəd rusiyalı hüquq müdafiəçisi Serqey Maqnitskinin ölümüylə bağlıdır. Qətnamədə Maqnitskinin ölümündə şübhəli bilinən rus məmurların Avropa Birliyi ərazisinə girişi qadağan olunub. Həmçinin bir sıra məmurunun bank hesabının dondurulması da təklif olunub.

Avropalı parlamentərilər bildiriblər ki, hüquq müdafiəçisinin saxlanma şəraiti və təcridxanadakı ölümü Rusiyada insan haqlarına hörmət edilmədiyinin işarəsidir. Avropa qanunvericiləri işlə bağlı Rusiyanı “beynəlxalq və milli hüquq normalarının pozulmasında” tənqid ediblər.
Vergilərdən yayınmaqda suçlanan “Hermitage Capital” fondunun hüquqşünası 2009-cu ilin noyabr ayında “Matrosskaya tişina” təcridxanasının xəstəxanasında vəfat edib. Serqey Maqnitski ona qarşı irəli sürlümüş ittihamları rədd edərək büdcə vəsaitlərinin mənimsənilməsi işi ilə məşğul olduqdan sonra saxtalaşdırılmış ittihamlar üzrə həbs olunduğunu bildirirdi.