“Porto” “Dinamo”ya, “Borussiya” “Real”a qarşı

Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində III turun növbəti oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutacaq.

A qrupunun lideri “Porto” (Portuqaliya) klubu doğma meydanda Kiyev “Dinamo”sunu qəbul edəcək. Digər oyunda Zaqreb “Dinamo”su Fransanın PSJ klubunu sınağa çəkəcək.

B qrupunda son Fransa çempionu “Monpelye” klubu evdə “Olimpiakos” (Yunanıstan) komandası ilə qarşılaşacaq. Lider “Arsenal” doğma azarkeşləri önündə Almaniya “Şalke”si ilə üz-üzə gələcək.

C qrupunun ilk matçı Rusiyada keçiriləcək. Burada yerli “Zenit” komandası Belçika “Anderlext”i ilə qarşılaşacaq. İtaliya nəhəngi “Milan” klubu bu tur səfərdə “Malaqa”nın qonağı olacaq.

D qrupunda son İngiltərə çempionu “Mançester Siti” Hollandiyaya səfər edəcək. “Şəhərlilər” burada “Ayaks” klubu ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Günün mərkəzi qarşılaşması Almaniyada baş tutacaq. Burada “Borussiya” (Dortmund) klubu Madridə “Real”ını sınağa çəkəcək.