Suriya hökuməti Qurban bayramı günlərində atəşkəs elan etməyi qəbul edib. Bu barədə BMT və Ərəb Liqasının xüsusi Suriya təmsilçisi Lahtar İbrahimi açqılama verib.
“Reuters”in məlumatına görə, İbrahimi Misirin paytaxtı Qahirədə keçirdiyi mətbuat konfransında bu barədə bildirib. O, rejimin qısa zamanda öz qərarını rəsmən açıqlayacağını deyib.
“Suriydada təmasa keçə bildiyimiz digər qruplar, münaqişə aparan digər qrupların liderlərinində əksəriyyəti atəşkəsə prinsipdə “hə” deyib. Bu səyimizdə uğur qazansaq, bu təməlin üzərində daha uzunmüddətli və təsirli atəşkəs müddəti inşa edə biləcəyimizə ümid edirəm”.