Bakıda 3 qadın qazdan zəhərlənib

Buzovna sakini və qonaqları xəstəxanaya düşüb

Ötən gün paytaxt Bakıda 3 nəfər dəm qazından zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, zəhərlənmə faktı Xəzər rayonu ərazisində qeydə alınıb. Buzovna qəsəbə sakini Güllü Hüseynovanın evində, tanışları Gülbəniz Vəliyeva və Nuranə Məmmədova dəm qazından zəhərləniblər. Hər 3 qadın xəstəxanada tibbi yardım göstərilib.