Filmin təqdimatı təmtəraqlı oldu
Uzun müddətdir gözlənilən “Kurtlar vadisi Fələstin” filmi yanvarın 27-dən nümayişə başlayır. Türkiyədə filmin premyerası keçirilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 80 ölkədə yayımlanacaq filmin qala tədbirində aktyorlar, film tənqidçiləri ilə yanaşı dünyanın bir çox ölkəsindən gələn 100-ə yaxın mətbuat nümayəndəsi də iştirak edib.
Filmin ssenari müəllifi Bahadır Özdener Almaniyanın filmə qoyduğu qadağa barədə məlumat verib. O, vəkillərin mövzu ilə bağlı araşdıma apardığını qeyd edib.
İngiltərədən gələn jurnalistlərdən biri filmin Fələstinə dəstək və ya pul qazanmaq üçün çəkilməsi barədə sualına baş qəhraman Necati Şaşmaz (Polad Alemdar) cavab verib. ‘’Fələstinin yanında olduğumuzu hər getdiyimiz yerdə deyirik. Amma bununla bərabər təbii ki, maddiyatı da düşünmədiyimizi deyə bilmərik”.
Qeyd edək ki, film İsrailin Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”na, “Mavi Mərmərə” gəmisinə hücumu və 9 türkün öldürülməsindən, Polad Alemdar və adamlarının intiqamından bəhs edr.