Heydər Əliyev adına zavodda ölüm hadisəsi

Dərin Özüllər Zavodunda ölüm olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, oktyabrın 22-də Qaradağ rayonu ərazisində, Dərin Özüllər Zavodunda, orada işləyən Əlişirin Ağayev sanitar qovşağında yıxılıb. Baş nahiyəsindən xəsarət alan Ə.Ağayev hadisə yerində ölüb.